mobil versiya

İmtahandakı test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib



Aprelin 7-də keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
DİM-dən bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.


KARUSEL / CƏMİYYƏT
Tarix: 8-04-2024, 16:38