mobil versiya

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçəcək


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də, mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.


KARUSEL / ÖLKƏ
Tarix: 9-04-2024, 11:47