mobil versiya

Sumqayıtın bir hissəsində sabah su olmayacaq



Sabah saat 10:00-dan 20:00-a qədər Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.
Bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən məlumat verilib.
Bildirilir ki, şəhəri içməli su ilə qidalandıran 85.75 səviyyəsindən gələn 450 mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq 48, 50, 51-ci məhəllələrdə,16,17,18, 20, 21-ci mikrorayonların və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq

KARUSEL / ÖLKƏ
Tarix: 15-04-2024, 17:59