mobil versiya

Dünyanın gələcəyi bizdən asılıdır - Migel Moratinos



Yerli və beynəlxalq səviyyədə səylərimizi birləşdirməliyik.
Bunu BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Migel Moratinos Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələri zamanı deyib.
O qeyd edib ki, nəsillərarası dialoq bizim ən böyük töhfələrimizdən biridir.
“Bu otaqdan çıxanda öhdəlik götürəcəyik ki, biz dünyanı daha yaxşı edəcəyik. Dünyanın gələcəyi bizdən asılıdır. Gənclər bunu edə bilər”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.(trend)

KARUSEL / CƏMİYYƏT
Tarix: 1-05-2024, 13:17