APL-də XXXVI turun oyunlarını 24 min 300 tamaşaçı izləyib
Azərbaycan Premyer Liqasında XXXVI turun oyunlarını 24 min 300 tamaşaçı izləyib.
Peşəkar Futbol Liqası xəbər verir ki, bu, mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13 min 800 izləyici.
Ümumilikdə isə çempionatın 180 matçında 276 min 487 azarkeş olub. Orta hesabla hər oyunu 1536 tamaşaçı izləyib.
XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 izləyici seyr edib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.
Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox seyrçi toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.
KARUSEL / İDMAN
Tarix: 27-05-2024, 17:23