mobil versiya

Milli Məclisin sədri Antiqua və Barbudada bir sıra görüşlər keçirib



Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri ser Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə görüşlərdə Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.
Söhbətlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə təşkilatın institusional inkişafı, Hərəkata üzv ölkələr arasında əlaqələrin və həmrəyliyin gücləndirilməsi, təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması istiqamətində gördüyü işlər təqdir olunub. Ölkəmizin sədrliyi dövründə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirilməsindən məmnunluq bildirilib.

KARUSEL / SİYASƏT
Tarix: 29-05-2024, 10:51