mobil versiya

Sahibə Qafarova Antiqua və Barbudaya işgüzar səfərə gəlib



Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 27-də Antiqua və Barbudaya işgüzar səfərə gəlib.
Seynt Cons Hava Limanında Milli Məclisin sədrini Antiqua və Barbuda Xarici İşlər Nazirliyinin katibi Entoni Liverpul, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin spikeri Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin 4-cü Beynəlxalq Konfransının açılış mərasimində və konfransın 1-ci Plenar İclasında iştirak edəcək. Sahibə Qafarovanın plenar iclasda çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
 

KARUSEL / SİYASƏT
Tarix: 27-05-2024, 15:04