Parlamentin sədri Qətər Dövlətinin Şura Məclisinin sədr müavini ilə görüşüb

Bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Milli Məclisin sədri qeyd edib ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər əlaqələrin inkişafında mühüm rola malikdir. Qeyd olunub ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanlar var.

Görüşdə parlamentlərimiz arasında da müsbət əlaqələrin olduğu diqqətə çatdırılıb, münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı imkan olduğu bildirilib. Qeyd edilib ki, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları bu istiqamətdə mühüm töhfələr verə bilərlər. O cümlədən qarşılıqlı səfərlər, parlament komitələri arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həmçinin bildirilib ki, Qətər parlamenti Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində və Şəbəkənin konfranslarında iştirak edir.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

KARUSEL / SİYASƏT
Tarix: 23-02-2024, 21:03