mobil versiya

Ukrayna səfiri: Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də etibarlı, mehriban dostumuzdur



Azərbaycan Ukraynanın sadəcə strateji tərəfdaşı deyil, həm də etibarlı və mehriban dostudur.
Bunu Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirdiyi ilk mətbuat konfransında deyib.
Səfir vurğulayıb ki, Ukrayna Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ev sahibliyi edən ölkə kimi alqışlayır: “Azərbaycanda dünya səviyyəli belə irimiqyaslı tədbirin keçirilməsi ölkənin beynəlxalq aləmdə artan rolundan xəbər verir”.
Diplomat həmçinin Ukrayna ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib: “Ukrayna ilə Azərbaycan arasında ticarət son vaxtlar artır, ilk növbədə bu, kənd təsərrüfatı məhsullarına aiddir”.
Y.Qusev bildirib ki, Ukrayna və Azərbaycan ixracatçıları malların tədarükü zamanı logistikanın optimallaşdırılmasında və asanlaşdırılmasında maraqlıdırlar: “Əminliklə deyə bilərəm ki, Azərbaycan Ukraynanın xarici siyasətində mühüm yer tutur”.(report)

KARUSEL / SİYASƏT
Tarix: 3-06-2024, 11:52