Prezident “Samur” - “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydalarını təsdiqləyib
Azərbaycanla Rusiya arasında “Samur” - “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydaları təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-06-2024, 13:36