Hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artıb
Bu ilin mayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 5,1 faiz artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, ötən ilin mayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 453,1 manat idisə, bu ilin müvafiq dövründə həmin məbləğ artaraq 476,1 manat təşkil edib.
KARUSEL / SOSİAL
Tarix: 6-06-2024, 12:28