mobil versiya

Mərhum sənətkar Məlik Dadaşovun anadan olmasının 100 ili tamam olur





Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100 ili tamam olur.
Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində, A.Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Aktyor Gənc Tamaşaçılar Teatrında, Zaqatala Dövlət Dram Teatrında, Şəmkir Dövlət Dram Teatrında aktyor kimi çalışıb. Məlik Dadaşov Azərbaycanda ilk rolunu 1947-ci ildə “Fətəli xan“ filmində oynayıb. Görkəmli aktyor kinomuzda onlarla yaddaqalan, maraqlı, zəngin, özünəməxsus dəstxəti ilə seçilən obrazlar yaradıb. “Birisigün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib. Təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan Məlik Dadaşov Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olub. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Aktyor “Axırıncı aşırım”dakı Qəmlo, “Dəli Kür” bədii filmində molla Sadıq obrazını böyük ustalıqla yaradıb. “Ölülər”dəki Şeyx Nəsrullah rolunu dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində oynayıb. Məlik Dadaşov “Xalq artisti” fəxri adına layiq görülüb, Dövlət mükafatı laureatıdır.
Tanınmış aktyor 1996-cı ildə vəfat edib.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-06-2024, 10:25