Muxtar Maniyevin anadan olmasının 89 ili tamam olur
Bu gün Xalq artisti Muxtar Maniyevin anadan olmasının 89 ili tamam olur.
Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda anadan olub. O, Azərbaycan Sənaye İnstitutunda və Azərbaycan Teatr İnstitutunda təhsil alıb. Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Yaradıcılığa “Onu bağışlamaq olarmı?” bədii filmi ilə başlayıb. “İnsan məskən salır”, “Koroğlu”, “Nəsimi”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Nizami”, “Babək”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Gecə qatarında qətl”, “Həm ziyarət, həm ticarət”, “Qanlı zəmi”, “Ölsəm bağışla”, “Papaq” kimi filmlərdə unudulmaz obrazlar yaradıb. “Mozalan” kinojurnalı yarandığı vaxtdan kinojurnalın nömrələrində fəal iştirak edib, bir çox rollarda çəkilib. Sənətkar 150-dən çox filmdə bir-birindən maraqlı rollar yaradıb.
Milli kino sənətimizin görkəmli nümayəndəsi 2016-cı ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 4-04-2024, 17:25