mobil versiya

Nəcəf bəy Vəzirovun anadan olmasının 170 ili tamam olur



Bu gün görkəmli yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun anadan olmasının 170  ili tamam olur.
Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 2-də Şuşada anadan olub. O, Realnı gimnaziyasında, Moskvadakı Petrovski Akademiyasında təhsil alıb. 1873-cü ildə hazırladığı “Lənkəran xanının vəziri” komediyası ilə milli peşəkar teatrımızın əsası qoyulub. O, “Əti sənin, sümüyü mənim” və “Qaragünlü” məzhəkələrinin, “Gəmi lövbərsiz olmaz”, “Adı var, yox özü” komediyalarının və “Pəhlivanani-zəmanə” dramının müəllifidir. 
“Müsibəti-Fəxrəddin” əsərilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. Bu əsər, həmçinin romantik dramaturgiyanın, teatrın və romantik aktyor məktəbinin təməli də hesab olunur. Dramaturq həm rejissor, həm də həvəskar aktyor kimi çalışıb. O, “Ağa Kərim xan Ərdəbili”, “Keçmişdə qaçaqlar”, “Pul düşkünü Hacı Fərəc”, “Təzə əsrin ibtidası” kimi pyesləri yazıb.
Görkəmli dramaturq 1926-cı ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-04-2024, 15:16