mobil versiya

Paytaxt məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı açıqlanıb


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin buraxılış siniflərini 72 min 782 şagird bitirir.
İdarədən verilən xəbərə görə, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 min 664, XI siniflərini 28 min 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir.
Eyni zamanda paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 29 767 müəllim fəaliyyət göstərir, 505 min 372 şagird təhsil alır.
2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 min 530 uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.


KARUSEL / CƏMİYYƏT
Tarix: 7-06-2024, 10:47