mobil versiya

“Yol xəritəmiz” hazırdır” - Yalçın Rəfiyev



COP29-a hazırlıqda ən böyük çətinliklərimizdən biri müddətin az olması idi. Buna baxmayaraq, indiyə qədər görülən işlər təyin edilən vaxta uyğun gedir.
Bunu jurnalistlərə açıqlamasında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
“COP29-a hazırlıq mərhələsini sessiyadan əvvəl və sonrakı mərhələlərə bölsək görərik ki, aparılan işlər öz qaydasında irəliləyir. Bundan sonrakı mərhələlər üçün də planlarımız, “Yol xəritəmiz” hazırdır”, - deyə nazir müavini qeyd edib.


KARUSEL / SİYASƏT
Tarix: 20-06-2024, 12:55