Vəkillər Kollegiyasının qadın üzvlərinin sayı açıqlanıb
Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı 2018-ci ildən indiyədək 13 yazılı test imtahanı keçirilib. İmtahanlarda iştirak edən 5 488 namizəddən 1 627 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib.
Bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Kollegiya üzvlüyünə namizədlər üçün keçirilən andiçmə mərasimində çıxış edərkən deyib.
Kollegiyanın sədri bildirib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunur.
“Vəkil andı içən 51 nəfərdən 19-u xanım namizədlərdir. Beləliklə, Kollegiyada qadın üzvlərin sayı 503 nəfər təşkil edəcək. Həmçinin 51 nəfərdən 6-ı keçmiş hakimlərdir”, - deyə A.Bağırov qeyd edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 21-06-2024, 10:40