Küləkli hava şəraiti sabah səhərədək davam edəcək
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir. İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir.
KARUSEL / ÖLKƏ
Tarix: 26-06-2024, 11:26