mobil versiya

Lənkəran – Lerik yolu bağlanıb



Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran – Lerik yolu bağlanıb.
Bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.
Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37-ci kilometrliyində Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.
Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir. (APA)

KARUSEL / ÖLKƏ
Tarix: 26-06-2024, 17:23