Netanyahunun həbsinə orderlə bağlı qərar təxirə salınıb
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ibtidai istintaq çərçivəsində İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salıb.
Bu barədə “Jerusalem Post” məlumat yayıb.
Bu addım Böyük Britaniyanın BCM-nin bu məsələ ilə bağlı yurisdiksiyasına qarşı ərizə təqdim etməsindən sonra atılıb. Nəticədə məhkəmə Londonun prosesə müdaxilə etmək tələbini təmin etməklə yanaşı, iyulun 12-dək digər ölkələrə də bu iş üzrə öz mövqeyini bildirmək hüququ verib.
“The Jerusalem Post”un yazdığına görə, BCM qərarından sonra bütün həbs orderlərinin verilməsi prosesi aylarla uzana bilər.
KARUSEL / DÜNYA
Tarix: 28-06-2024, 11:43