“Ənənələr, istedad və zövq”: qida eksperti Ağa Salamovla mədəni mübadilə səyahəti
“Ənənələr, istedad və zövq”: qida eksperti Ağa Salamovla mədəni mübadilə səyahəti
2024-cü ilin aprel ayında İsraa Kulinariya Sənəti və Davamlı İnkişaf Assosiasiyası Mərakeşin Aqadir şəhərində birinci Beynəlxalq Kulinariya Festivalı olan “Souss Gastro” festivalını həyata keçirib. Festival bir sıra yerli və beynəlxalq təşkilatların əməkdaşlığı ilə baş tutub.
Festivalın ilkin buraxılışında Almaniya, Türkiyə, İtaliya, Cənubi Koreya, Rusiya, Birləşmiş Krallıq, Portuqaliya, Malta, Tunis, İordaniya, Azərbaycan və Mərakeşdən olan 20 nəfərdən ibarət tanınmış münsiflər heyəti və onların nəzarəti altında dünyanın müxtəlif ölkələrindən olan təxminən 100 namizəd iştirak edirdi.
Tədbir “Mərakeş mətbəxi: İrs və üfüqlər” şüarı altında Mərakeş mətbəxinin zənginliyini və kulinariya mükəmməlliyini nümayiş etdirmək məqsədi daşıyırdı.
Bundan əlavə, festivalda Mərakeşin Sus-Massa regionunun kulinariya ənənələrini vurğulayan seminar və ünsiyyət tədbirləri də keçirilib.
Münsiflər heyəti namizədləri qiymətləndirmək üçün bal sistemindən istifadə ediblər: 91-100 bal toplayan namizədlərə qızıl medal, 81-90 bal toplayan namizədlərə gümüş medal, 71-80 bal toplayan namizədlərə bürünc medal, 70 baldan aşağı nəticə göstərən namizədlərə isə iştirakçı sertifikatı təqdim olunub.

Təşkilatçı İsraa Kulinariya Sənəti və Davamlı İnkişaf Assosiasiyası insanlara Mərakeş və beynəlxalq mətbəxlər, o cümlədən şirniyyat və un məmulatları sahəsində istiqamət verməyə həsr olunmuş mədəni təşkilatdır. Yeni başlayanlar, peşəkarlar və təlimçilərə eyni şəkildə xidmət edən assosiasiya bütün filiallarında əhatəli proqramlar təklif edir. Əlavə olaraq, İsraa Assosiasiyası Mərakeşin kulinariya ənənələrinin həm yerli, həm də qlobal səviyyədə qeyd olunmasını və paylaşılmasını təmin etməklə ölkənin zəngin mədəni irsini təbliğ etmək və qorumaq rolunu da öz üzərinə götürüb.
Festivaldakı münsiflər heyətinin üzvü kimi çıxış edən azərbaycanlı qida eksperti Ağa Salamov Mərakeşdən qayıtdıqdan sonra Mərakeş Krallığının Azərbaycandakı Səfirliyini ziyarət edərək tədbirdəki iştirakından bəhs edib.
Ağa bəy kulinariya səyahəti və Mərakeş haqqındakı təəssüratlarını ifadə edərək suallarımızı cavablamış, ölkənin kulinariya mükəmməlliyi haqqında daha dərin bir anlayış irəli sürmüşdür
Şef Ağa Salamov, keçən aprel ayında Mərakeşin gözəl sahil şəhəri Aqadirdə keçirilən “Souss Gastro Food 2024” beynəlxalq qida festivalında Azərbaycanı qürurla münsiflər heyətinin üzvü kimi təmsil etmisiniz. Mərakeş və Azərbaycan arasındakı uzaq məsafəyə baxmayaraq, bunun necə baş verdiyini oxucularımıza bildirə bilərsinizmi?
Fevral ayının 5-6-7-si tarixlərində Türkiyənin Alanya şəhərində keçirilən Qastro Alanya Beynəlxalq Yemək yarışmasına Alanya Bələdiyyəsi, "Altın Kepçe Turizm Ve Aşçılar Derneği" tərəfindən dəvət aldım. Festivala Aqadirdən olan şeflər də qatılmışdı. İsraa Kulinariya Sənəti və Davamlı İnkişaf Assosiasiyasının prezidenti Mohamed Amroune və Bouchra Amroune da bu festivalda münsif olaraq iştirak edirdilər.
Onlarla söhbət əsnasında Mərakeşin mətbəx mədəniyyəti, eyni zamanda dünyaya şöhrət salmış zəfəran və bir çox nemətlərdən bəhs etdik. Onlar mənə İsraa Kulinariya Sənəti və Davamlı İnkişaf Assosiasiyasının Aqadirdə ilk Beynəlxalq Kulinariya Sənəti və Mətbəx Ulduzları “Souss Gastro” festivalını təşkil edəcəklərini və bu tədbirin “Mərakeş mətbəxi: irs və üfüqlər” şüarı altında Mərakeş mətbəxinin zənginliyini, eləcə də qlobal kulinariya mükəmməlliyini vurğulamağa meylli olduğunu dedilər.
Məni də bu festivalda görmək istədiklərini və dəvət edəcəklərini bildirdilər.Təbii ki, təklifi sevə-sevə qəbul etdim və 20 beynəlxalq münsif heyətindən biri də mən oldum. Festival bir sıra yerli və beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 25-28 aprel tarixlərində baş tutdu.Festivaldakı münsiflər heyətinin üzvü kimi çıxış edən azərbaycanlı qida eksperti Ağa Salamov Mərakeşdən qayıtdıqdan sonra Mərakeş Krallığının Azərbaycandakı Səfirliyini ziyarət edərək tədbirdəki iştirakından bəhs edib.
Ağa bəy kulinariya səyahəti və Mərakeş haqqındakı təəssüratlarını ifadə edərək suallarımızı cavablamış, ölkənin kulinariya mükəmməlliyi haqqında daha dərin bir anlayış irəli sürmüşdür
Şef Ağa Salamov, keçən aprel ayında Mərakeşin gözəl sahil şəhəri Aqadirdə keçirilən “Souss Gastro Food 2024” beynəlxalq qida festivalında Azərbaycanı qürurla münsiflər heyətinin üzvü kimi təmsil etmisiniz. Mərakeş və Azərbaycan arasındakı uzaq məsafəyə baxmayaraq, bunun necə baş verdiyini oxucularımıza bildirə bilərsinizmi?
Fevral ayının 5-6-7-si tarixlərində Türkiyənin Alanya şəhərində keçirilən Qastro Alanya Beynəlxalq Yemək yarışmasına Alanya Bələdiyyəsi, "Altın Kepçe Turizm Ve Aşçılar Derneği" tərəfindən dəvət aldım. Festivala Aqadirdən olan şeflər də qatılmışdı. İsraa Kulinariya Sənəti və Davamlı İnkişaf Assosiasiyasının prezidenti Mohamed Amroune və Bouchra Amroune da bu festivalda münsif olaraq iştirak edirdilər.
Onlarla söhbət əsnasında Mərakeşin mətbəx mədəniyyəti, eyni zamanda dünyaya şöhrət salmış zəfəran və bir çox nemətlərdən bəhs etdik. Onlar mənə İsraa Kulinariya Sənəti və Davamlı İnkişaf Assosiasiyasının Aqadirdə ilk Beynəlxalq Kulinariya Sənəti və Mətbəx Ulduzları “Souss Gastro” festivalını təşkil edəcəklərini və bu tədbirin “Mərakeş mətbəxi: irs və üfüqlər” şüarı altında Mərakeş mətbəxinin zənginliyini, eləcə də qlobal kulinariya mükəmməlliyini vurğulamağa meylli olduğunu dedilər.
Qida festivalında münsiflər heyətinin üzvü kimi işlədiyiniz müddətdə Mərakeş mətbəxi ilə bağlı təəssüratlarınız necə idi?
Mərakeşlə Azərbaycan arasında yol məsafəsi uzaq olsa da, isti ürəklər və qardaşlıq bizi bir-birimizə daha çox yaxınlaşdırır. Şəxsən mənim uşaqlıq arzularım və "Klon" serialından şüuraltımda qalmış xoş hisslər Mərakeşi arzularımın şəhərinə çevirmişdi. Ona görə də uzaq məsafəni hiss etmədən Mərakeşə nə zaman çatdığımı hiss etmədim.
Tarixi səbəblərə görə Mərakeş mətbəxi digər ərəb ölkələrinin mətbəxindən fərqlidir. Siz bizimlə şəxsi kulinariya təcrübələrinizi bölüşə bilərsinizmi?
Mərakeş Şimali Afrika və ərəb yeməklərinin misilsiz dadlı qarışığına ev sahibliyi edir və özünəxas dadlı milli mətbəxi var. Milli ədviyyatlı qızardılmış ət və isti salatlar Mərakeş mətbəxinə xüsusi rəng qatır.
Bura marinadlı quzu, zəncəfil əzməli ədviyyatlı balıq, ədviyyatlı piroq, başda ərik qurusu olmaqla quru meyvələrlə qovrulmuş toyuğu misal göstərmək olar. Mərakeş Atlantik okeanı sahillərində yerləşdiyi üçün süfrələrində balıq yeməklərinə də çox sıx rast gəlmək olar.
Müxtəlif üsullarla hazırlanan balıqların dadına doymaq olmur. Ümumiyyətlə, balıq yüngül zülal hesab edilir. Tərkibində fosfor, vitaminlər və omeqa-3 əvəzolunmaz yağ turşusunu ehtiva etdiyinə görə insan orqanizmi üçün də çox faydalı sayılır.
Mərakeş mətbəxi Azərbaycan mətbəxi ilə dadlar, inqredientlər və bişirmə üsulları baxımından necə müqayisə olunur?
Mərakeş mətbəxinin Azərbaycan mətbəxi ilə bəzi oxşarlıqları var. Məsələn, ədviyyatlı və quru meyvələrlə qovrulmuş quzu və ya toyuq əti Mərakeş mətbəxinin əvəzolunmaz yeməkləri sırasına daxildir. Azərbaycanda da bu yemək aş qara olaraq tanınır, quru meyvələrlə quzu və ya toyuq ətindən hazırlanır.
Bundan əlavə, Mərakeş mətbəxinin əvəzolunmaz yeməyi tacindir. Tacin Azərbaycan buğlaması kimi, müxtəlif tərəvəzlərin ətin üzərinə düzülməsi ilə 2 saatdan çox müddətə hazırlanır. Ümumiyyətlə, Mərakeş mətbəxi də Azərbaycan mətbəxi kimi, formalaşmış mətbəxdir. Bu gün bütün dünya “slow food”dan uzaq olduğu üçün fastfuddan əziyyət çəkir.
Çətin və uzun müddətə hazırlanan yeməklər daha faydalıdır, nəinki tez və ayaqüstü yeyilən yeməklər. Mərakeş mətbəxinin də Azərbaycan mətbəxinə oxşarlığı onun gec və ləzzətli hazırlanması ilə bağlıdır.
Səfəriniz zamanı Mərakeş və Azərbaycan kulinariya ənənələri arasında hər hansı oxşarlıq aşkar etdinizmi?
Azərbaycan Xəzər dənizi sahillərində yerləşdiyi üçün, milli kulinariyada müxtəlif dəniz məhsulları da yer alır. Bu məhsullardan istər dünya festivallarında, istərsə də toy və müxtəlif mərasimlərdə geniş istifadə olunur. Bura balıq ləvəngisi, balıq sırdağı, balıq buğlaması, balıq kababı və s. yeməkləri misal çəkmək olar. Mərakeş də okean sahilində yerləşdiyi üçün Azərbaycan kulinariyasına çox yaxındır. Bundan əlavə, ət yeməkləri və plovun hazırlanması zamanı istifadə olunan ədviyyatlar da vardır ki, bunlardan sarıkök və zəfəranın adlarını çəkmək olar.
Sarıkök və zəfəran Azərbaycan mətbəxinin ayrılmaz hissəsi hesab olunduğu kimi, Mərakeşdə də bu ədviyyatlardan geniş istifadə olunur.
Namizədlərin yaradıcılığını qiymətləndirmək üçün münsiflər heyətinin üzvü kimi Mərakeşdə olmusunuz. Mərakeşdə gözəl Azərbaycan mətbəxini nümayiş etdirmək imkanınız olubmu?
Düşünürəm ki, mətbəximizin oxşarlıqları ilə bağlı Azərbaycan mətbəxini də Mərakeşdə nümayiş etdirmək lazımdır. Təəssüf ki, bu mənə qismət olmadı. Ancaq növbəti dəfə bu barədə düşünməyə dəyər. Eyni zamanda Azərbaycanda da Mərakeş mətbəxi günləri təşkil edərək mətbəxləri bir-birinə daha yaxın etməyin mümkün olduğunu düşünürəm.
Təəccüblü və ya gözlənilməz hesab etdiyiniz xüsusi Mərakeş yeməkləri olubmu?
Mərakeş mətbəxi dedikdə ağla gələn ilk yemək tacin olur. Toyuq, zəfəran, zəncəfil və zəfəran ilə hazırlanan bu yemək saxsı qablarda bişirildikdən sonra süfrəyə təqdim olunur. Tacin bu yarışmada da biz münsiflərə təqdim olunan ən dadlı yemək kimi yaddaşımızda qaldı. Münsiflər heyəti yaxşı bilir ki, ən yüksək bal 50 bal hesab olunur və bu da yeməyin dadına verilir.
Mərakeş mətbəxi ilə tanış olan azərbaycanlılar onu çox sevir. Sizcə, Bakıda Mərakeş restoranının açılması uğurlu olarmı?
Mərakeş mətbəxinin Bakıda açılması uğurlu olar deyə düşünürəm. Bunun üçün təbii ki, menyu sırf Mərakeş mətbəxi üzərində qurulmalıdır. Yəni menyuda olan isti, soyuq yeməklər, şirniyyatlar və nanəli çay belə Mərakeş mətbəxinə aid olmalıdır.
Mərakeş mətbəxi ilə maraqlanan Azərbaycanlı aşpazlara və yemək həvəskarlarına hansı məsləhətləri verərdiniz?
Bu gün dünya mətbəxi ilə maraqlanan aşpazların sayı az deyil və onlar daim axtarışdadırlar. Yeni menyular və yeni dadlar axtarışında olan aşpazlara Mərakeş mətbəxindən olan menyu incilərinə də müraciət etmələrini tövsiyə edirəm. Təbii ki, hər bir xalq öz milli mətbəxinə dad olaraq daha yaxındır. Ancaq Azərbaycan tolerant bir ölkədir və bütün xalqların milli dəyər, din və mətbəxlərinə hər zaman hörmətlə yanaşıb. Məhz ona görə də bu gün Azərbaycanda bütün xalqlar rahat şəkildə yaşaya, işləyə və yaradıcılıqla məşğul ola bilirlər.
Sonda Ağa bəy həm azərbaycanlı, həm də mərakeşli oxucular üçün ləzzətli kulinariya tövsiyələri verib.
O, Azərbaycan xalqına Mərakeş yeməyi olan toyuq tacinini dadmağı təklif edib. Yeməyi aşağıdakı qaydada hazırlaya bilərsiniz:
Konservləşdirilmiş limonda toyuq əti
Ərzaqlar (4 nəfər üçün):
- · 4 ədəd toyuq budu;
- · 1 ədəd incə doğranmış qırmızı soğan;
- · 2 diş doğranmış sarımsaq;
- · Yarım konservləşdirilmiş limon, (qabığı incə, uzun doğranmalı, tumu çıxarılaraq ləti əzilməli)
- · 3 sl limon suyu;
- · 1 x.q doğranmış cəfəri və keşniş;
- · 3 sl zeytun yağı;
- · 10 q üyüdülmüş zəncəfil;
- · 4 q sarıkök;
- · 0,5 q zəfəran;
- · Duz, istiot;
- · 100 q tumsuz yaşıl zeytun.
- · Zeytun yağı, limon suyu, zəfəran, sarıkök, üyüdülmüş zəncəfil, üyüdülmüş qara istiot, doğranmış sarımsaq, konservləşdirilmiş limonun lətini və doğranmış göyərtinin yarısını qarışdıraraq marinad hazırlayın. Daha sonra toyuq budlarını hazırladığınız marinad ilə fırçalayaraq 4 saat soyuducuda saxlayın.
- · Toyuq budlarını bir boşqaba qoyun və marinadın çox hissəsinin budlardan ayrılmasına diqqət edin. Bir tacin qabın içinə doğranmış soğanları və marinadı yerləşdirin. Bir stəkan su əlavə edin. Qaynadın və vam odda təxminən 25 dəqiqə bişirin (soğanlar bişməlidir).
- · Bir qədər zeytun yağı və toyuq budlarını əlavə edin. Üzərini örtərək vam odda 1 saat bişirin. Bundan sonra budları çıxarın və şərbətli suyu əldə edənə qədər sousu azaldın. Toyuq budlarını yenidən tacin qabın içinə düzün. Tumsuz zeytun, nazik doğranmış limon və bir çimdik göyərti əlavə edin.
- · Tacini vam odda karamelləşənə qədər qızdırın. Tacinin üzərini örtərək isti şəkildə servis edin.
Ağa bəy Mərakeş xalqına isə Azərbaycan yeməyi olan dolmanı tövsiyə edib. Dolmanı aşağıdakı qaydada hazırlaya bilərsiniz:
Dolma
Ərzaqlar:
- · 150 q toyuq filesi;
- · 70 q quzu əti;
- · 30 q quzu quyruğu;
- · 10 q yağ;
- · 30 q soğan;
- · 15 q yaşıl sarımsaq;
- · 10 q təzə nanə;
- · 10 q keşniş;
- · 10 q şüyüd;
- · Duz;
- · İstiot;
- · Sarıkök;
- · Qatıq.
Toyuq filelərini hazırlayın
- · Hər bir toyuq filesini 3 ədəd 50 qramlıq hissələrə bölün;
- · Bu hissələri incə və düz vəziyyətə gətirmək üçün ətdöyəndən istifadə edin.
- · Quzu əti, quzu quyruğu, göyərti, duz və istiotu ətçəkən maşında doğrayın;
- · Qarışığı 3 bərabər hissəyə bölün və hər birini top şəklinə salın.
- · Hər bir toyuq hissəsinin üzərinə top şəklində hazırladığınız quzu ətindən 1 ədəd yerləşdirin;
- · Toyuq ətini içliyin ətrafına sararaq rulon əmələ gətirin.
- · Bükülmüş dolmaları qazana yerləşdirin;
- · Üzərinə az miqdarda qaynar su və bir neçə xörək qaşığı kərə yağı əlavə edin;
- · Dolmaları vam odda 20 dəqiqə bişirin. Yeməyin tam bişdiyindən əmin olun.
- · Dolmaları istədiyiniz şəkildə dilimləyin;
- · İstəyə görə sarımsaqlı qatıqla servis edin.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-07-2024, 17:04