mobil versiya

Bakıda metro vasitəsilə 113,2 milyon nəfər sərnişin daşınıb



Bu ilin yanvar-iyun aylarında Bakıda metro vasitəsilə 113,2 milyon nəfər sərnişin daşınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1% çoxdur.
Qeyd edək ki, ilin birinci yarısında Azərbaycanda nəqliyyatçılar ümumilildə 967,4 milyon sərnişinə xidmət göstərib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-07-2024, 13:14