mobil versiya

Ticarət mərkəzində yanğın baş verib, yolun hər iki istiqamətində sıxlıq yaranıb



Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

KARUSEL / HADİSƏ
Tarix: 1-08-2024, 15:01