mobil versiya

Ukrayna 30-a yaxın İran dronunu vurub



Ötən gecə Ukraynanın Hava hücumundan Müdafiə Qüvvələri Rusiya tərəfindən atılan və İran istehsalı olan 24 ədəd "Şahid" dronunu zərərsizləşdirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu bu dronlarla Ukraynanın Kiyev, Vinnitsa, Kirovohrad, Xarkov, Sumi, Poltava və Dnepropetrovsk əyalətlərini hədəfə alıb.("AzPolitika.info")


KARUSEL / DÜNYA
Tarix: 5-08-2024, 12:25