mobil versiya

Xoşagəlməz halların baş verməsindən heç kəs qorxmamalıdır - MSK sədri


Dünyada keçirilən seçkilərdə milyonlarla insan iştirak edir. Bu zaman xoşagəlməz halların olmasından heç kəs sığortalanmayıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, xoşagəlməz addımların qarşısını almaq üçün müəyyən maarifləndirici təlimlər həyata keçirilir.
“Bu fəaliyyətdə media orqanlarının rolu danılmazdır. Media subyektləri bəzən öz populyarlıqlarını artırmaq üçün sensasion ştrixlərdən istifadə edib. Xoşagəlməz halların baş verməsindən heç kəs qorxmamalıdır. Milyonlarla insanın iştirak etdiyi tədbirdə bu hallar ola bilər. Sadəcə bu zaman yerində qərar verilməlidir. Burada qəbahətli bir məqam yoxdur”,- deyə M.Pənahov bildirib.(trend)


KARUSEL / SİYASƏT
Tarix: 8-08-2024, 12:02