Azərbaycanda 10 yaşlı məktəbli oğlan qəfil öldü - FOTO
Balakən rayonunda azyaşlı oğlan vəfat edib.
REPORTYOR.AZ Publika.az-a istinadla xəbər verir ki, Balakən şəhər sakini, Tural Mahatovun 10 yaşlı oğlu Turan qəfil dünyasını dəyişib. Belə ki, azyaşlının qızdırması yüksəlib və tibbi müdaxilə nəticəsiz olub.
Qeyd edək ki, Turan orta məktəbin 4-cü sinfində oxuyurdu.
Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 14-01-2020, 11:42