mobil versiya

Şəmkirdə partlayış baş verən fərdi yaşayış evində müvafiq təhlükəsizlik tədbirləri görülüb - FHN



Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Şəmkir şəhərində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəx hissəsində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasının zərbəsindən evə ziyan dəyib, xəsarət alan olmayıb.
FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 20-08-2024, 11:17