Səudiyyə layihəsi Yəməndə husilərin 1139 minasını təmizləyib
Səudiyyə Ərəbistanının “Masam” layihəsinin üzvləri keçən həftə Yəmənin müxtəlif bölgələrindən 1139 partlayıcı qurğu çıxarıb.
Bu barədə "ARAB NEWS" məluamt yayıb.
Son hesabata görə, ümumilikdə buraya 13 piyada əleyhinə mina, 56 tank əleyhinə mina, 1056 partlamamış hərbi sursat və 14 partlayıcı qurğu daxildir.
Təşəbbüsün idarəedici direktoru Ousama Əl-Qosaibi bildirib ki, 2018-ci ildə başladığından bəri ümumilikdə 455 827 mina təmizlənib.
Partlayıcı maddələr ayrı-seçkilik olmadan yerləşdirilib və mülki əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar üçün təhlükə yaradıb.
Minatəmizləmə əməliyyatları Marib, Aden, Jouf, Shabwa, Taiz, Hodeidah, Lahic, Sanaa, Al-Bayda, Al-Dhale və Saada şəhərlərində aparılıb.
Komandalara mülki şəxslərin təhlükəsiz hərəkətini və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün kəndləri, yolları və məktəbləri təmizləmək tapşırılıb.
KARUSEL / DÜNYA
Tarix: 20-08-2024, 16:34