mobil versiya

180 məhkum əfvetmə, amnsistiya və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə maarifləndirilib




“Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi layihə çəçivəsində daha 105 məhkuma ödənişsiz hüquqi yardım göstərilib və 180 məhkum əfvetmə, amnsistiya  və   cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə maarifləndirilib.
“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım”  layihəsinin icrasını davam etdirir.
Layihə heyəti cari ilin 15 avqust tarixində 7  saylı cəzaçəkmə müəssisəsində, 16 avqust tarixində 10 saylı cəzaçəkmə müəssisəsində, 19 avqust  tarixində 17 saylı cəzaçəkmə müəssisəsinə və 20 avqust tarixində 2 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib.

Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən, müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, ibadət otağına baxış keçirilib. Məhkumlarla fərdi söhbət aparılıb, onların müraciətləri qeydə alınıb, müvafiq sənədlər nəzərdən keçirilib.
Monitorinq zamanı məhkumlara Vəkillər Kollegiyasının üzvləri Hafiz Həsənov və Əlibaba Rzayev tərəfindən hüquqi yardım göstərilib. Ümumilikdə, bu səfərlər zamanı  105 məhkuma hüquqi yardım göstərilib.

Layihənin digər eksperti Mirəli Hüseynov səfərlər zamanı məhkumlara cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumat verib. Məhkumların suallarını cavablandırıb, onları maraqlandıran məsələləri ətraflı izah edib. Bu seminarlarda ümümilikdə,  180 nəfər iştirak edib. 1600 məhkuma isə layihə çərçivəsində hazırlanmış bukletlər paylanmışdır. Layihə rəhbəri, “Konstitusiya” Araşdırmalar Fondunin prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, monitorinq səfərləri avqust və sentyabr aylarında davam etdiriləcək. Monitorinqlərin nəticəsində cəzaçəkmə müəssisələrində mövcud vəziyyət ilə bağlı, tövsiyyələri də əks edtirən  hesabat hazırlanacaq və müvafiq dövlət qurumlarına təqdim ediləcək.



KARUSEL / CƏMİYYƏT
Tarix: 20-08-2024, 19:05