mobil versiya

Binəqədinin bir hissələrində qaz olmayacaq




Binəqədi rayonu, S.S.Axundov küçəsindən İ.P.Dadaşov küçəsinə qədər yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 04.09.2024-cü il saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi xəbər yayıb.

Təmir quraşdırma işləri görülən zaman Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, Dərnəgül, Ş.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-09-2024, 10:48