mobil versiya

Bu ərazilərdə qaz olmayacaq



Bakının Xəzər, Nəsimi və Binəqədi rayonlarının qaz təchizatında bu gün fasilə yaranacaq.
B u barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi xəbər yayıb.
Məlumata görə, Xəzər rayonunun Mərdəkan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunda yol təmiri ilə bağlı qaz xəttinin birləşmə olunaraq tıxaclanması, Binəqədi rayonunun Binəqədi qəsəbəsində tənzimləyicinin mövcud şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması məqsədi ilə avqustun 13-də saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonu üzrə Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə S.Əsgərova, S. Vurğun, S. Rüstəm, R.Rza, Ə.Topçubaşov küçələrinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin bir hissəsinin, Binəqədi kəndinin, 1,2,3-cü Mədən ərazisinin, Gülüstan küçəsi 1-15 dalanların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-08-2024, 09:19