15 kiloqramadək narkotik vasitə ötən gün qanunsuz dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 3-də ümumi çəkisi 15 kiloqramadək olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,3 kiloqrama yaxın heroin və 12,1 kiloqramdan çox marixuana olub.
Bildirilib ki, bu istiqamətdə polis əməkdaşlarının qətiyyətli təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 4-09-2024, 11:30