Ərəb Parlamentinin müşahidəçiləri İordaniyada seçkiləri izləməyə hazırlaşır
Ərəb Parlamentinin rəsmi nümayəndə heyətinin parlament sədri Adel bin Əbdülrəhman Asuminin rəhbərliyi altında sentyabrın 20-də keçiriləcək parlament seçkilərini izləməsi planlaşdırılır.
Ərəb Parlamentində Sosial komitənin sədri, deputat Əhlam Lafinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Seçki Komissiyasının rəhbəri Musa Maaytahın dəvəti ilə iştirak edir. Nümayəndə heyəti bir neçə seçki dairəsi üzrə seçki prosesini və prosedurları müşahidə edəcək.
Asumi Ərəb Parlamentinin ərəb ölkələrində konstitusiya proseslərinə nəzarət etmək öhdəliyini vurğulayaraq qeyd edib ki, demokratik təcrübələrin monitorinqi onların inkişafını gücləndirir və təşviq edir.
O əlavə edib ki, Ərəb Parlamenti öz missiyasının sonunda monitorinq fəaliyyətinin nəticələrini təfərrüatlı şəkildə əks etdirən geniş hesabat verəcək.
KARUSEL / DÜNYA
Tarix: 9-09-2024, 15:01