mobil versiya

Zəlzələni canlı yayımda öyrəndi, reaksiyası alqış qazandı - Video



Türkiyəli siyasətçi, İYİ partiyanın sədri Meral Akşener Elazığda baş verən zəlzələni "Tele1" telekanalının canlı yayımında qonaq olan zaman öyrənib.

"Qafqazinfo" xəbər verir ki, Uğur Dündarın aparıcılığı ilə yayımlanan "Siyaset arenası" verilişində zəlzələdən xəbər tutan Meral Akşener, zalda əyləşənlərdən həlak olanlar üçün Fatihə sürəsinin oxunmasını xahiş edib.

O, bu xəbərdən sonra siyasətdən danışmağın uyğun olmadığını bildirərək, aparıcıdan verilişi yekunlaşdırmağı istəyib. Akşenerin bu addımı sosial mediada alqışla qarşılanıb.

Qeyd edək ki, baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 18 nəfərin öldüyü, 500-dən çox yaralının olduğu bildirilir.



KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 25-01-2020, 10:30