mobil versiya

İran İsrailin hücumuna qarşı suverenliyini müdafiə etməyə hazır olduğunu bildirib



İran bildirib ki, əzəli düşməni İsrail 200-ə yaxın raket zərbəsinə cavab olaraq təhdid etdiyi kimi hücum edərsə, öz suverenliyini müdafiə etməyə tam hazırdır.


Reportyor.az xəbər verir ki, İslam Respublikası oktyabrın 1-də iki ən yaxın müttəfiqi HƏMAS lideri İsmayıl Haniyə və Hizbullah lideri Həsən Nəsrullah və bir iranlı generalın öldürülməsinə cavab olaraq İsrailə raket zərbələri endirib.
İsrailin müdafiə naziri Yoav Gallant bu həftə ölkəsinin cavabının ölümcül, dəqiq və təəccüblü olacağını vəd edib.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani cümə axşamı günü BMT Təhlükəsizlik Şurasına müraciətində deyib ki, İslam Respublikası“həyati mənafeləri və təhlükəsizliyini hədəf alan istənilən təcavüzə qarşı öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə tam hazırdır.
Onun sözlərinə görə, İran “müharibə və ya eskalasiya”ya can atmır, lakin özünümüdafiə hüququndan beynəlxalq hüquqa uyğun olaraq tam şəkildə istifadə edəcək və qanuni cavabı barədə Təhlükəsizlik Şurasına məlumat verəcək.

İranın xarici işlər naziri Abbas Əraqçi cümə axşamı günü “Əl-Cəzirə Ərəbcə” telekanalına müsahibəsində deyib ki, biz müharibə istəmirik, lakin biz bundan qorxmuruq və istənilən ssenariyə hazır olacağıq.
Xəbərdarlıqlar İsrail və İranın müttəfiqi Fələstinin HƏMAS silahlı qruplaşması arasında bir ildən artıqdır davam edən və son həftələrdə Livanı da əhatə edən müharibə fonunda edilir.
İranın BMT-dəki nümayəndəsi İrəvani deyib: “Livan humanitar çöküşün astanasındadır və beynəlxalq ictimaiyyət bu fəlakətin daha da pisləşməsinə imkan verməməlidir”.
KARUSEL / DÜNYA
Tarix: 11-10-2024, 14:32