mobil versiya

Bu gün "Qalatasaray" "Qarabağ"ın rəqibi ilə oynayacaq




Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək.

İstanbul təmsilçisi III turda İsveçin "Elfsborq" kollektivini qəbul edəcək.
Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" komandası isə Portuqaliyada "Braqa"nın qonağı olacaq.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" noyabrın 7-də "Budyo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.


KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:18