mobil versiya

“Qarabağ” bu gün “Tottenham”lə qarşılaşacaq



“Qarabağ” bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 1-ci turunun matçına çıxacaq.

“Köhlən atlar” Londonda  “Tottenham”lə üz-üzə gələcək.
“Tottenham Hotspur” stadionundakı qarşılaşma saat 23:00-da başlayacaq.
Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin “Malmö” komandasını qəbul edəcək. “Tottenham” isə Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
26 sentyabr
23:00. Tottenham (İngiltərə) – Qarabağ
Baş hakim:Villi Delajo (Fransa)
London, “Tottenham Hotspur” stadionu.


KARUSEL / İDMAN
Tarix: 26-09-2024, 12:57