mobil versiya

“Qarabağ” bu gün “Malmö” ilə oynayacaq



“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda İsveçin “Malmö” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə uduzmuşdu. “Köhlən atlar” turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi2-ci tur
3 oktyabr
20:45. Qarabağ – Malmö (İsveç)
Baş hakim: Anastasios Papapetru.

KARUSEL / İDMAN
Tarix: 3-10-2024, 10:35