mobil versiya

BMT-nin baş katibi Quterreş BRİKS sammiti üçün Rusiyaya gəlib





BMT-nin baş katibi Antonio Quterreş BRİKS qrupunun dövlət başçılarının görüşündə iştirak etmək üçün çərşənbə günü Rusiyanın Kazan şəhərinə gəlib.

Reportyor.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ukrayna Xarici İşlər Nazirliyi bu həftə Quterreşi Ukraynadakı müharibə ilə bağlı sülh sammitindən uzaq qalaraq Rusiya prezidenti Vladimir Putinin BRİKS sammitinə dəvətini qəbul etdiyinə görə tənqid edib.

Quterreşin ofisi Putinlə Ukrayna münaqişəsini, eləcə də Yaxın Şərqdəki böhranı müzakirə edəcəyini bildirib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:32