mobil versiya

Səudiyyə Ərəbistanı Fələstinə 10 milyon dollarlıq maliyyə yardımının üçüncü hissəsini təhvil verib




Səudiyyə Ərəbistanı Fələstin Dövlətinə 10 milyon dollar məbləğində maliyyə yardımının üçüncü hissəsini təhvil verib ki, bu da 2024-cü il üçün ümumi yardımı 30 milyon dollara çatdırıb və Səudiyyə Ərəbistanının Fələstin xalqını dəstəkləmək öhdəliyini əks etdirir.


Reportyor.az yerli mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri və Fələstindəki qeyri-rezident səfiri Nayif bin Bəndər Əl-Sudairi yardımı Əmmanda Fələstinin maliyyə naziri Ömər Bitara təqdim edib.

Nazir Bitar Fələstinə göstərdiyi davamlı dəstəyə və müstəqil dövlət olmaq məqsədinə görə Səudiyyə Ərəbistanı rəhbərliyinə təşəkkür edib, Fələstin Prezidenti Mahmud Abbasın və Baş nazir Məhəmməd Mustafanın salamlarını çatdırıb.
Bitar həmçinin Fələstinin son İsrail siyasətləri səbəbiylə üzləşdiyi maliyyə böhranının yüngülləşdirilməsində yardımın əhəmiyyətini vurğuladı.
Səfir Əl-Sudairi Səudiyyə Ərəbistanının Fələstinin hüquqlarına sadiqliyini bir daha təsdiqləyib. O qeyd edib ki, Səudiyyə Ərəbistanı bu illər ərzində təxminən 5,3 milyard dollar yardım edib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:57