Biz daha geniş miqyasda davamlı tullantıların idarə edilməsini genişləndirməliyik - Nazir

Biz daha geniş miqyasda davamlı tullantıların idarə edilməsini genişləndirməliyik.
Bu barədə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ” İqlim fəaliyyəti üçün üzvi tullantılardan metanın azaldılması üzrə yüksək səviyyəli tədbir”də çıxışı zamanı deyib.
O qeyd edib ki, metan güclü istixana qazıdır və tullantı sektoru onun böyüyən əsas mənbəyidir.
“Tullantı sektoru transformasiya və dəyişiklik üçün unikal fürsət təqdim edir. Bugünkü görüş bizim üçün güclü öhdəlikləri, yenilikçi siyasətləri və praktik həlləri bölüşmək üçün şansıdır.
Gəlin bu dialoqu tullantı emissiyalarını azaldan, sağlamlığı qoruyan və davamlı inkişafı dəstəkləyən konkret addımlara çevirək”,- deyə o bildirib.(trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-11-2024, 11:31