mobil versiya

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq



Prezident İlham Əliyev “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək.
Dəyişikliklə, kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququ əldə edir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:41