mobil versiya

Fransanı daha iki Afrika ölkəsindən qovurlar



Çad hökuməti Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv etdiyini bəyan edib. 


Bu barədə “BBC” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu qərar “Nigerdə və ya başqa yerdə olduğu kimi” əlaqələrin tam kəsilməsi demək deyil və Fransa “vacib tərəfdaş” olaraq qalacaq. Lakin indi Paris “Çadın artıq yetkin, suveren dövlət olmasına və öz suverenliyinə çox böyük dəyər verməsinə diqqət yetirməlidir”.
Seneqal da eyni mövqedən çıxış edib. Seneqal Prezidenti Bassiru Domay Fay deyib ki, Fransa hərbi bazalarının ölkəsinin ərazisində olması onun milli maraqlarına uyğun deyil və bu Afrika dövlətinin “suverenliyi ilə bir araya sığmır”: "Seneqal müstəqil, suveren ölkədir və suverenlik xarici hərbi bazaların olmasına imkan vermir".

O, Seneqalın Çin, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb və əlavə edib ki, onların heç birinin Seneqalda hərbi bazası yoxdur. (“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 29-11-2024, 17:58