Bakıda “Rəqəmsal dövrdə müasir diplomatiya” seminarı keçirilir
Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Sülh naminə Tərəfdaşlıq (SNT) Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Rəqəmsal dövrdə müasir diplomatiya” mövzusunda ikigünlük seminar həyata keçirilir.
Reportyor.az xəbər verir ki, bu barədə XİN mətbuat xidməti məlumat yayıb.
Seminarda Xarici İşlər Nazirliyinin gənc diplomatları iştirak edir.
Seminar çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının müasir beynəlxalq münasibətlərdə diplomatiyanın həyata keçirilməsinə gətirdiyi dəyişikliklər, İKT-dən istifadənin riskləri və fürsətləri müzakirə olunacaq.
Seminar zamanı, həmçinin, gənc diplomatlar kibertəhlükəsizlik və dezinformasiya problemləri, onların qarşısının alınması istiqamətində istifadə olunan metodlar, habelə beynəlxalq münasibətlər sistemində mövcud çağırışlarla mübarizədə cavab tədbirlərinin görülməsi yollarına yiyələnəcəklər.
KARUSEL / SİYASƏT
Tarix: 5-12-2024, 14:35