mobil versiya

Beynəlxalq İslam Ədalət Məhkəməsi fəaliyyətə başlayacaq



İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Küveyt Dövlətindən olan nümayəndə heyəti ilə İƏT-in Beynəlxalq İslam Ədalət Məhkəməsinin (IICJ) fəaliyyətinin aktivləşdirilməsi məsələlərinin müzakirə edildiyi ikigünlük seminar təşkil edib.
Təşkilatın Baş Katibliyi xəbər verir ki, Ciddədə keçirilən seminarda IICJ-nin fəaliyyətə başlaması üçün hazırlanan strategiyalar müzakirə olunur.
İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Al-Dubeyin sədrlik etdiyi seminarda 2023-cü ilin mart ayında Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində 49-cu Xarici İşlər Nazirləri Şurası (XİNŞ) tərəfindən qəbul edilmiş 9/49-LO saylı Qətnamənin həyata keçirilməsi istiqamətində davam edən səylər çərçivəsində irəliləyişlər müzakirə edilib. İştirakçılar IICJ təsisatının hazırkı vəziyyətini müzakirə edib və onun mümkün qədər tez işə başlaması üçün hazırlıq proseslərini sürətləndirmək istiqamətində ən yaxşı yolları və vasitələri araşdırıblar.
Əlavə olaraq, noyabrın 2-də regionda ədalətin bərqərar olması və qanunun aliliyinin təmin edilməsi istiqamətində mühüm addım olan Beynəlxalq İslam Ədalət Məhkəməsinin yaradılması ilə bağlı ekspertlərin iştirakı illə vahid hüquqi platforma təmin edilməsi ətrafında fikir mübadiləsi aparılır.

KARUSEL / DÜNYA
Tarix: 2-11-2023, 11:20