AZAL və INDRA şirkəti arasında MANAGAIR-ə keçidi nəzərdə tutan müqavilə imzalanıb
“Azərbaycan Hava Yolları” QSC - AZAL və INDRA şirkəti arasında hava hərəkətinə nəzarətin ən müasir sisteminə - MANAGAIR-ə keçidi nəzərdə tutan müqavilə imzalanıb.
Reportyor.az xəbər verir ki, bu barədə AZAL məlumat paylaşıb.
Yenilənmiş MANAGAIR sistemi yalnız uçuşların təhlükəsizliyini və səmərəliliyini artırmayacaq, həm də aviasiyanın ətraf mühitə təsirinin azaldılmasına töhfə verəcəkdir. Sistem, Avropa ATM Master Planında nəzərdə tutulmuş müasir standartlara uyğundur və aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:
Uçuş vaxtının qısaldılması və karbon qazı emissiyalarının azaldılması məqsədilə marşrutların optimallaşdırılması;
Hava hərəkətində konfliktlərin avtomatik aşkarlanması və qarşısının alınması;
Qərarların qəbuluna dəstək və müəyyən edilmiş standartlara uyğunluğun monitorinqi;
Səsli rabitə və mesajların ötürülmə protokollarının modernləşdirilməsi;
Aerodromlar üçün meteoroloji məlumat mübadiləsinin təkmilləşdirilməsi;
Dəqiq naviqasiya məlumatlarına əsaslanan müasir eniş prosedurları.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:52