XİN: Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir
![](/uploads/posts/2025-01/1736428623_1736428561283.png)
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.
O, Ermənistan Baş nazirindən əməllərinin sözlərindən daha uca olmasını istəyib.
"Əgər Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir. Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz", - XİN sözçüsü vurğulayıb.(report)
KARUSEL / SİYASƏT
Tarix: 9-01-2025, 17:14