mobil versiya

Filippin Çinin "canavar gəmisi"ni EEZ-də yerləşdirməsindən narahatdır



Filippin, Çinin ən böyük sahil mühafizə gəmisini Manilanın eksklüziv iqtisadi zonasına (EEZ) yerləşdirməsinin həyəcan verici olduğunu və açıq şəkildə Cənubi Çin dənizində mübahisəli bir sahil ətrafında işləyən balıqçıları qorxutmaq məqsədi daşıdığını söyləyib.

Reportyor.az xarici mediaya sitinadla xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının sözçüsü Conatan Malaya mətbuat konfransında deyib: “Bizi canavar gəminin yerləşdirilməsi ilə bağlı Çin Xalq Respublikasının artan təcavüzü təəccübləndirdi".

Malaya bildirib ki, Manila Zambales əyalətinin sahillərindən 77 dəniz mili aralıda müşahidə edilən 165 m (541 fut) uzunluğundakı Çin sahil mühafizə gəmisi 5901-in mövcudluğuna etiraz edib və onun EEZ-dən çıxarılmasını tələb edib.

"Bu, gərginlik və təxribatdır" deyən Malaya, gəminin mövcudluğunun "qanunsuz" və "qəbuledilməz" olduğunu söyləyib.

Filippin Sahil Mühafizəsi bildirib ki, Çin gəmisini uzaqlaşdırmaq üçün ən böyük iki gəmisini yerləşdirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun sahil mühafizəsinin patrul və hüquq-mühafizə fəaliyyətinin ağıllı, qanuni və qınaqdan kənar olduğunu deyib.

Mübahisəli su yolu, təxminən 3 trilyon dollarlıq illik ticarətin keçdiyi strateji nəqliyyat marşrutudur.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 10:00