mobil versiya

Hava nəqliyyatı ilə sərnişin və yük daşınması artıb



Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4014,7 min sərnişin daşınıb.

Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bu göstərici illik müqayisədə 37,9 faiz artım deməkdir.
Bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Qeyd olunub ki, bu nəqliyyat növü ilə yükdaşıma 15,0 faiz artaraq 411,0 min ton olub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:47