Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb
![](/uploads/posts/2025-02/1738936102_1738936033894.png)
Qlobal Bakı Forumu 13-15 mart 2025-ci il tarixində keçiriləcək.
Reportyor.az xəbər verir ki, "Dünya Nizamının Yenidən Düşünülməsi: Çağırışların İmkanlara çevrilməsi" mövzusunda keçirilən forumda hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla 400-dən çox iştirakçının iştirakı gözlənilir.
Forumda Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də iştirak edəcək.
Artıq forumda Kuala-Lumpurun meri Maimuna Mohd Şərif və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspanın iştirakı da təsdiqlənib.
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 18:07